Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn ediləcək

Martın 16-da saat 12:00-da Nizami Kino Mərkəzində mərhum Xalq
yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçiriləcək.

Mərasimdən sonra R.İbrahimbəyov Birinci Fəxri xiyabanda, öz
qardaşı, görkəmli yazıçı və kinorejissor Maqsud İbrahimbəyovun
məzarının yaxınlığında dəfn ediləcək.

Bunu Trend
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov
deyib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə
Moskvada vəfat edib və martın 13-də onunla Moskvada vida mərasimi
keçirilib.

Teqlər: