Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə qoyulan investisiyanın dəyəri açıqlanıb

230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının
tikintisi layihəsinin investisiya dəyəri 225 milyon dollar təşkil
edir.

Trend-in məlumatına görə, bunu energetika
naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək Qaradağ Günəş
Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait “Masdar” şirkəti (BƏƏ) tərəfindən
yerləşdiriləcək.

“Günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycanda
elektrik enerjisi tariflərinin artması və ya azalmasına təsir
göstərməyəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: