Astara məktəblisi dünyanın məşhur universitetinə təqaüd qazanıb

Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi
Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest
Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.

Bu barədə
Trend
-ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Salman Hüseynov 2019-2020-ci tədris ilində
keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer,
2020-2021-ci tədris ilində isə I yerin qalibi olub.

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi
2021-ci ildə Yaponiyada təşkil edilən ICHO – Beynəlxalq Kimya
Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal
qazanıb.

Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində
kimya fənni üzrə dərslərdə iştirak edir.

Teqlər: