Rusiyanın 10 təyyarəsi Almaniyada qalıb

Rusiyanın 10 təyyarəsi Almaniyada qalıb

Rusiyaya məxsus 10 təyyarə Aİ ölkələrinin hava məkanının bağlanmasından və sanksiyaların tətbiqindən 5 ay keçməsinə baxmayaraq hələ də Almaniya hava limanındadır.

AzerTimes xəbər verir ki, Almaniyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Təyyarələrin Aİ-nin sanksiya rejiminə uyğun olaraq havaya qalxması qadağandır, istifadə oluna bilməz və başqa yerlərə göndərilə bilməz”, – nazirlik bildirib.

Hazırda Leypsiqdə üç An-124, Kölndə bir “Bombardier Challenger 300” və bir “Boeing 737”, Frankfurtun “Hahn” hava limanında “Boeing 747”, Baden-Badendə bir “Cessna 750”, iki “Embraer Legacy 600” və bir “Bombardier” var.

Teqlər: