Çin gəmiləri Yaponiya sularına daxil oldu

Çin gəmiləri Yaponiya sularına daxil oldu

Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Bölgədəki Uotsuri adası yaxınlığında üzən Çin gəmiləri Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsi gəmilərinin xəbərdarlığı nəticəsində Çinə məxsus gəmilər ərazini tərk edib.

Teqlər: