172-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

172-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 148 helikopteri, 1738 PUA-sı, 365 zenit-raket kompleksi, 4303 tank və digər zirehli texnikası, 798 reaktiv yaylım atəş sistemi, 3298 artilleriya və minaatanı, 4888 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: