Rusiyada son sutkada 107 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində koronavirusa 5 047 yoluxma halı qeydə
alınıb.

Trend-in
məlumatına görə, daha əvvəlki gün 4 896 nəfər koronavirusa
yoluxmuşdu.

Rusiyada bu günədək koronavirusa yoluxanların sayı 18,25 milyonu
keçib.

Eyni zamanda, ötən gün ölkədə 107 nəfər həyatını itirib.

Bu günədək Rusiyada koronavirusdan ölənlərin sayı 377 571 nəfərə
çatıb.