Ukrayna Nazirlər Kabineti Azərbaycandan neft məhsullarının idxalı üçün zəruri reqlamentləri razılaşdırıb

Ukrayna Nazirlər Kabineti Azərbaycan, Fars körfəzi və Yaxın Şərq
ölkələrindən neft məhsullarının idxalı üçün zəruri reqlamentləri
razılaşdırıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal
bildirib.

Qeyd olunur ki, bu məqsəd üçün xüsusi olaraq dövlət sərhədində
buraxılış məntəqəsi hazırlanır.

Ukraynanın İnfrastruktur Nazirliyi ilə Dövlət Sərhəd Xidməti
arasında qərb buraxılış məntəqələrindən birinin yalnız benzin
daşıyan maşınlar üçün nəzərdə tutulması barədə razılığa
gəlinib.

Bundan başqa, Ukraynanın Polşa ilə sərhədində bəzi buraxılış
məntəqələrinin sırf yük daşımaları üçün istifadəsi, nəqliyyat
vasitələri və sərnişinlərin digər məntəqələrə yönləndirilməsi
nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: