Rusiyada “Moskviç” istehsalı bərpa olunur

“Renault” avtomobil şirkətinin Moskvadakı zavodu şəhərin
balansına keçib, burada “Moskviç” brendi ilə minik avtomobillərinin
istehsalı başlayacaq.

Trend-in
məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin
öz bloqunda yazıb.

O bildirib ki, Fransa şirkəti Rusiyadakı zavodunu bağlamaq
qərarı verib. Moskva meri qeyd edib ki, zavodun hazırkı əməkdaşları
öz işlərini davam etdirəcək.

Onun sözlərinə görə, ilkin mərhələdə “Moskviç” avtomobilləri
ənənəvi mühərriklərlə istehsal olunacaq, gələcəkdə həmin zavodda
elektromobillərin də istehsalı nəzərdə tutulur.