Bakıda daha bir mediasiya təşkilatı fəaliyyətə başlayıb (FOTO)

Bakıda daha bir mediasiya təşkilatı fəaliyyətə başlayıb.

AzerTimes-ın məlumatına görə, 15 saylı mediasiya təşkilatı
İçərişəhərdə yerləşir.

Ofis beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq
formalaşdırılıb, mübahisə tərəflərinin aralarındaki münaqişənin
səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün
müvafiq maarifləndirici elanlar və broşürlər ilə təmin edilib.
Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın
bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla
hazırlanıb.

Teqlər: