Rusiyada illik inflyasiya aprel ayında 17,8 faizədək sürətlənib

Rusiyada illik inflyasiya aprel ayında 1,14 faiz artaraq 17,8
faizə qədər artıb, aylıq qiymət artımı 1,5 faiz təşkil edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank –
red.) açıqlamasında deyilir.

“Apreldə illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8 faizə
çatıb. Rublun möhkəmlənməsi və tələbatın azalmasının təsirləri ilə
ay ərzində həftəlik qiymət artımı zəifləyib və ümumilikdə aprel
ayında istehlak qiymətləri 1,5 faiz artıb”, – deyə açıqlamada
bildirilir.