ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib

ABŞ-ın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken
deyib.

“O gün gəldi. Bu gün biz ABŞ-ın Kiyevdəki səfirliyində rəsmi
olaraq fəaliyyəti bərpa edirik”, – deyə E.Blinken bildirib.

Dövlət katibi qeyd edib ki, səfirlik binası üzərində yenidən ABŞ
bayrağı qaldırılıb. E.Blinken həmçinin qeyd edib ki, “Kiyevə
qayıdan həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün əlavə
tədbirlər görülüb”.