Bakıda dünyanın ən uzun mədəniyyət gecəsi keçirilib (FOTO/VİDEO)

Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən
Beynəlxalq muzeylər günü çərçivəsində muzey mühitində genişmiqyaslı
multimedia layihəsini geniş kütləyə təqdim edib.

COVID-19 koronavirus pandemiyası ilə əlaqədar iki illik
fasilədən sonra, ənənəvi beynəlxalq “Muzeydə Gecə” aksiyası geri
qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş
tutub. Ənənəyə sadiq qalaraq muzeylərin iş saatlarını uzadıb
ziyarətçilərə yalnız sərbəst giriş deyil, digər maraqlı
fəaliyyətlər də təqdim edilən bu gündə, Azərbaycan Milli İncəsənət
Muzeyi bu ilki beynəlxalq muzeylər günün vahid devizini əks etdirən
qeyri-adi proqram hazırlamışdır.

Azərbaycan Milli İncəsənət Muzeyinin ölkəmizin ən aparıcı muzeyi
olaraq ictimaiyyəti müasir forma və innovativ konseptlər vasitəsilə
zəngin muzey kolleksiyası və müxtəlif mövzu və muzey tarixinin
fərqli dövrlərini əks etdirən sərgi layihələri aləminə səyahətə
dəvət edib. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva
və digər rəssam və müəlliflərlər multimedia instalyasiyaları,
rəqəmsal layihələr, davamlı inkişaf və gender mövzularında
əsərlərini təqdim ediblər. Azərbaycanın əməkdar artisti Fuad
İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestri musiqinin və dahi
Səttar Bəhlulzadənin sehrli dünyasının total instalyasiyaya
çevrildiyi proqramla çıxış edib.

Ən yeni müasir texnologiyaların imkanları muzey eksponatlarının
qavranılmasının başqa səviyyəsini göstərərək auditoriyanı adi
çərçivələrdən kənara çıxarır. Muzeyin fond və sərgi layihələrindəki
incəsənət əsərləri muzey kolleksiyalarına yanaşmanın yeni
formatlarında şəhərin sakinləri və qonaqları qarşısında nümayiş
olunub. 2022-ci il Muzeydə gecə tamaşaçıları Azərbaycan Milli
İncəsənət Muzeyinin zəngin sərvəti ilə bilavasitə muzey məkanında
tanış olacaq və bu ab-havaya qərq olaraq, bədii əsərlərin
əhəmiyyətini yenidən dərk edə biliblər.

Bu ilki Beynəlxalq Muzeylər Günü muzeylərin potensialını üç əsas
istiqamətdə nümayiş etdirməyi hədəfləyir-dayanıqlı inkişaf,
rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü və təhsil
vasitəsilə icma qurmaq gücü.

Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq
istiqamətində strateji tərəfdaşı olaraq öz yerli icmalarında
aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən
sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə
elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.

Muzeylər yeni texnologiyaların işlənib hazırlandığı və gündəlik
həyatda tətbiq edildiyi innovativ oyun meydançalarına çevrilib.
Günümüzdə rəqəmsal innovasiyalar ziyarətçilərə mürəkkəb anlayışları
və onların nüanslarını anlamaqda yardımçı olmaqla muzeyləri onlar
üçün daha əlçatan və cəlbedici edə bilər. Kolleksiyalar və
proqramları sayəsində muzeylər icma qurmaq üçün zəruri sosial
struktur yaradır və beynəlmiləl dəyərləri dəstəkləyərək hər kəsə
həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan
muzeylər məlumatlı və maraqlanan vətəndaş cəmiyyətinin
formalaşmasına kömək edir.

Layihənin əsas tərəfdaşı Könül Rəfiyevanın kuratorluğu altında
Azərbaycan-İsveç art dialoqu multimedia layihəsini təqdim edən
İsveçin Azərbaycandakı Səfirliyidir.

“Muzeydə gecə- 2022” multimedia aksiyasının tədbirləri
Azərbaycan Respubkikası Mədəniyyət Nazirliyinin onlayn platforması
museum.az-da işıqlandırılacaq.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.Az,
Azernews.az

Teqlər: