Rusiyada dörd avtomobil toqquşub, ölən və yaralılar var

Rusiyanın İvanovo vilayətində avtobus və üç minik avtomobili
toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend xəbər verir ki, regional polis idarəsinin məlumatına
görə,

Qəza İvanovo-Rodniki magistralında baş verib. “VAZ-2112” markalı
avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa
çıxıb. Sonra o, əvvəlcə başqa bir “VAZ-2112” markalı avtomobilə
çırpılıb, daha sonra sərnişin avtobusuna çırpılıb, daha sonra isə
digər minik avtomobiliylə toqquşub.


Nəticədə birinci avtomobilin sürücüsü hadisə yerində keçinib, 3
sərnişin xəsarət alıb. Digər avtomobillərdə xəsarət alan və ölən
yoxdur.

Hazırda polis hadisə yerindədir, hadisənin bütün şəraitini
müəyyənləşdirir.

Teqlər: