Madriddə əyləncə parkında damın uçması nəticəsində 13 nəfər xəsarət alıb

Madridin “Parque de Atracciones” əyləncə parkında auditoriyanın
damının qismən uçması nəticəsində 13 nəfər yaralanıb, onlardan
səkkizi xəstəxanaya yerləşdirilib.

Trend xarici KİV-lərə istinaxən xəbər verir ki, qəza parkdakı
“Grand Theater”də keçirilən tədbir zamanı 200 kvadratmetrlik
alçıpan tavanın uçması nəticəsində baş verib.

Xəsarət alanların hamısının 30-50 yaş arasında olan
şəxslərdir.

Yerli polis isə araşdırmalara başlayıb.