Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət
Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində
əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın
həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən
Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma
üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin
ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət
istiqamətlərindən biridir.

Yeni imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”
iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir.
Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin
ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər
hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

Teqlər: