Bakı metrosunda qatarların hərəkətində gecikmə olub?- AÇIQLAMA

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Bu barədə Trend-ə sərnişinlər xəbər verib. Gecikmə metronun
“İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarların hərəkətində
9 dəqiqə gecikmə olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin
rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat
qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval
artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin
sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə
olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə
metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”,- deyə
B. Məmmədov bildirib.

Teqlər: