Qardaşını qətlə yetirən Masallı sakininin məhkəməsi başlayır

03.01.2022-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbə sakini
1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı
başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Masallı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən
tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı
səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub
qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi
ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı
şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət
Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə)
maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün
Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: