Rusiya və Çin BMT TŞ-də KXDR-yə qarşı sanksiyaları nəzərdə tutan qətnaməyə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya
qarşı daha sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan
qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə
ediblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bununla
əlaqədar sənəd qəbul edilməyib.

Təhlükəsizlik Şurasının digər üzvləri – Böyük Britaniya, ABŞ,
Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan,
İrlandiya, Keniya, Meksika, Norveç və BƏƏ – qətnamənin lehinə səs
veriblər.