Qətər əmiri Zidanın PSJ-nin baş məşqçisi olmasını istəyir

Qətər əmiri Təmim bin Həməd Al Tani Zinəddin Zidanı PSJ-nin baş
məşqçisi kimi görmək istəyir.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə jurnalist
Fabris Hokins məlumat verib.

Onun sözlərinə görə, Qətər əmiri digər variantları nəzərdən
keçirmir, lakin mütəxəssislə hələki razılaşmaq mümkün olmayıb.

Həmçinin, komanda Zidan və gələcək idman direktoru Luis Kamposun
birlikdə işləyə biləcəyinə şübhə edir.

Teqlər: