Rusiya “Sarmat” ballistik raketini uğurla sınaqdan keçirib

Rusiya “Sarmat” ballistik raketini uğurla sınaqdan keçirib.

Trend xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Məlumat yayıb.

Bildirilir ki, Arxangelsk vilayətindəki “Plesetsk” dövlət sınaq
kosmodromunda “Sarmat” stasionar qitələrarası ballistik raketinin
uğurlu buraxılışı həyata keçirilib.

Məlumata görə, buraxılış üzrə tapşırıqlar tam şəkildə yerinə
yetirilib. Raketin xüsusiyyətləri uçuşun bütün mərhələlərində öz
təsdiqini tapıb. Təlim döyüş başlıqları Kamçatka yarımadasındakı
Kura poliqonunda müəyyən olunmuş ərazidə düşüb.