NATO daxilində Ukraynada müharibənin davam etməsini istəyən ölkələr var – Çavuşoğlu

NATO daxilində Ukrayna müharibəsinin davam etməsini istəyən
ölkələr var.

Trend xəbər
verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yerli
KİV-ə müsahibəsində bildirib.

XİN rəhbərinin sözlərinə görə, bu ölkələr müharibənin davam
etməsi fonunda Rusiyanı zəiflətmək məqsədi daşıyır, Ukraynadakı
vəziyyət isə onları çox da maraqlandırmır.

“Antalyadakı danışıqlardan bir nəticə çıxacağını gözləmirdik.
Önəmli olan tərəfləri bir araya gətirmək idi. Hər iki tərəf hələ də
danışıqları davam etdirirlər”, – M. Çavuşoğlu qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna liderləri
arasında görüş hər an baş tuta bilər.

“İki ölkə liderlərinin görüşü hazırda müzakirə olunur. Putinlə
Zelenski arasında görüş baş tutsa, bu, İstanbulda və ya Antalyada
ola bilər”, – XİN başçısı əlavə edib.

Teqlər: