Rusiya İstintaq Komitəsi Rövşən Əsgərov barəsində cinayət işi açıb

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Nə? Harada? Nə
vaxt?” oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərov barəsində
cinayət işi açıb.

Trend-in
məlumatına görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, onun barəsində nasizmin reabilitasiyası maddəsi
ilə cinayət işi açılıb.

“İstintaqla müəyyən olunub ki, R.Əsgərov öz “Facebook”
səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini
təhqir edən yalan məlumatlar yayıb. Rusiya İstintaq Komitəsinin Baş
İstintaq İdarəsi tərəfindən Rövşən Əsgərov barəsində Rusiya Cinayət
Məcəlləsinin 354.1-ci maddəsi ilə cinayət işi açılıb”, – məlumat
deyilir.

Teqlər: