Dövlət Komitəsinin sədri xaricdə yaşayan azərbaycanlı iş adamları ilə görüşüb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya
Azərbaycanlılarının V Qurultayında iştirak etmək məqsədilə
ölkəmizdə səfərdə olan bir qrup xaricdə yaşayan azərbaycanlı iş
adamı ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Zəfər
qurultayı münasibətilə görüş iştirakçılarını təbrik edən Komitə
sədri Vətən müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlı iş
adamlarının ölkəmizə dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Qarabağın bərpası və dirçəldilməsində, Azərbaycanla
yaşadıqları ölkələr arasında iqtisadi əlaqələrin
dərinləşdirilməsində xaricdə yaşayan azərbaycanlı iş adamlarının
rolu müzakirə olunub, Azərbaycanlı İş Adamları Şəbəkəsinin
fəaliyyətinin gücləndirilməsi qərara alınıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı proqram
xarakterli çıxışında Azərbaycan diasporuna, o cümlədən xaricdə
yaşayan azərbaycanlı iş adamlarına müvafiq tövsiyələr verib, bundan
sonrakı fəaliyyət də bu istiqamətdə qurulmalıdır.

Teqlər: