Rusiya ilə dialoqu davam etdirmək lazımdır – İbrahim Kalın

Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin nizamlanması üçün
Rusiya ilə dialoqu davam etdirməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Dohada keçirilən beynəlxalq
forumda çıxışı zamanı Türkiyə Prezidentinin mətbaut katibi İbrahim
Kalın deyib.

“Hamı Rusiya ilə körpüləri yandırsa, axırda kim onlarla
danışacaq? Ukraynalılar hər cür dəstəyi almalıdırlar ki, özlərini
qoruya bilsinlər. Amma Rusiyanın arqumenti bu və ya digər şəkildə
eşidilməlidir”, – deyə İ.Kalın bildirib.

Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan
İ.Kalın əlavə edib: “Türkiyə olaraq sülh üçün əlimizdən gələni
edirik. Bizim Prezident həm Zelenski ilə, həm də Putinlə iki-üç
dəfə danışıb. O, yaxın günlərdə yenidən Putinlə danışacaq”.