Könül Nurullayeva rayon sakinlərini qayğılandıran məsələlərlə maraqlanıb (FOTO)

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin
deputatı Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan
müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət
vəkili qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə
gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi
aparıb.

Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını
narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı
məişət problemləri, imtiyazlı şəxslərin ictimai nəqliyyatdan
ödənişsiz istifadə etməsi ilə bağlı vətəndaşın irəli sürdüyü
təklif, Nizami rayonunu təmsil edən peşəkar futbol komandasının
Azərbaycan Birinci Divizionunda iştirak etməsi üçün lisenziyanın
verilməsi, fiziki sağlamlığını itirmiş vətəndaşın mənzil təminatı
ilə əlaqədar yaşadığı çətinlik, işlə təmin olunma və s. məsələlər
başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən
məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül
Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində
qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq
qurumlara ünvanlanacaqdır.

Teqlər: