İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı
sahibkar İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür.

AzerTimes-ın məlumatına görə, bu barədə amerikalı sahibkar özünün “Twitter” səhifəsində yazıb.

“Bu barədə ciddi fikirləşirəm”, – deyə İ.Mask istifadəçilərdən
birinin söz azadlığına hörmətə üstünlük verilən platforma işə
salmaq istəyib-istəmədiyi barədə sualına cavabında bildirib.