Rusiya ilə bu şərtlərlə danışıqlara başlayacağam – Zelenski

Rusiya ilə bu şərtlərlə danışıqlara başlayacağam – Zelenski

Bir sıra şərtlərlə Rusiya ilə danışmağa hazıram.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Referendumlar bu tarixin nöqtəsi oldu. Danışıqlar aparmaq istəyirlərsə, ərazilərimizdən çıxmalıdırlar. Onlar ərazimizi tərk etməli və 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində torpaqlarımızı bizə qaytarmalıdırlar. Ondan sonra hansı formatda və kiminlə danışmağa hazır olduğumuzu deyəcəyik. Bu, ədalətlidir”, – prezident bildirib.

Qeyd edək ki, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin birləşdirilməsilə bağlı referendum keçirdikdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışmaqdan rəsmən imtina etmişdi.

Teqlər: