İspaniya NATO-nun şərq cinahına qırıcılar göndərir

İspaniya NATO-nun şərq cinahına qırıcılar göndərir

İspaniya NATO-nun şərq cinahının gücləndirilməsi məqsədilə Bolqarıstan və Rumıniyaya 14 qırıcı göndərir.

AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, 6 ədəd “Eurofighter” qırıcısı və 130 hərbçi yerli qüvvələrə təlim keçmək üçün noyabrın ortalarında Bolqarıstana yollanacaq.

Dekabr-mart ayları ərzində 8 ədədn F-18M qırıcısı və 130 hərbçi Rumıniyaya göndəriləcək.

Teqlər: