Sabirabadda bazar yanır

Sabirabadda bazar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: