Rusiya FAB-1500 istifadə edir: Ukraynanın qüvvəsi tükənir

Rusiya FAB-1500 istifadə edir: Ukraynanın qüvvəsi tükənir

Rusiyanın Ukraynada 1,5 tonluq idarə olunan bombalardan (FAB-1500) istifadə etməsi Ukrayna hərbçiləri arasında yüksək itkilərə səbəb olub və cəbhədə qüvvələr balansını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Aviabombaların tətbiqi ilə bağlı videoyazılar Ukraynanın müdafiə xəttini xarabalığa çevirən bu mərmilərin böyük gücünü nümayiş etdirirdi. Onlar kritik infrastruktura, o cümlədən istilik elektrik stansiyalarına və fabriklərə ciddi ziyan vurmağa, həmçinin düşmənin döyüş ruhuna güclü təzyiq etməyə qadirdir. FAB-1500 2024-cü ilin fevralında Avdeyevkanın Rusiya tərəfindən tutulmasında mühüm rol oynayıb”, – məlumatda qeyd olunub.

Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun araşdırmaçısı Castin Bronkun sözlərinə görə, bu bombalardan istifadə Rusiyaya taktiki məqsədlər üçün hava qüvvələrindən daha səmərəli istifadə etməyə imkan verdi:

“Bu mərmilərə ancaq ABŞ-ın “Patriot” zenit-raket kompleksləri cavab verə bilərdi. Amma Ukrayna ABŞ Konqresinin Kiyevə yardım üçün maliyyələşdirməni gecikdirdiyinə görə onlara məhdud miqdarda sahibdir”.

Teqlər: