Güləşçimiz Türkiyədə gümüş medal qazandı

Güləşçimiz Türkiyədə gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev Antalyada keçirilən “Yaşar Doğu & Vehbi Emre” turnirində uğurla çıxış edib.

AzerTimes xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı gümüş medala sahib olub.

Yığmanın digər üzvləri – Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) isə mükafatçılar siyahısına düşə bilməyiblər.

Yarışın sonuncu günündə – martın 10-da Ceyhun Allahverdiyev (61 kiloqram), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kiloqram), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kiloqram) xalça üzərinə çıxacaqlar.

Teqlər: