Çexiyalı qız dünya gözəli seçildi

Çexiyalı qız dünya gözəli seçildi

23 yaşlı Çexiya vətəndaşı Kristina Pışkova Hindistanın Mumbay şəhərində keçirilmiş “Miss dünya – 2024” gözəllik yarışının qalibi olub.

AzerTimes xəbər verir ki, Pışkova indiyədək bu titulu qazanmış ikinci çexiyalıdır.

Pışkova peşəkar model kimi işləyir, habelə hüquq və biznes idarəçiliyi üzrə təhsil alır. İngilis, polyak, slovak və alman dillərində sərbəst danışır. O, həmçinin təhsil vasitəsilə davamlı inkişafdan yana çıxış edən fondun yaradıcısıdır.

Teqlər: