Rusiya Bolqarıstan və Polşaya qaz nəqlini dayandırdı, təbii qaz 21 faiz bahalaşdı

Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan və Polşaya qaz nəqlini
tamamilə dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə “Qazprom”un bəyanatında deyilir.

Qeyd olunur ki, qərar “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa)
şirkətlərinin qaz tədarükü üçün ödənişləri rublla həyata
keçirməməsi ilə əlaqədar verilib.

“Qazprom” aprelin 26-dək olan müddət ərzində ödənişlərin daxil
olmadığını bildirib.

Eyni zamanda, Rusiya tərəfi bu ölkələrin ərazisindən digər
ölkələrə tranzit qaz nəqlinin davam edəcəyini vurğulayıb.

Bu qərardan sonra Avropa birjalarında təbii qaz 21 faiz
bahalaşaraq min kubmetr üçün 1 350 dollar həddini keçib.

Teqlər: