Mobil POS xidməti nağdsız ödənişlərin inkişafına müsbət töhfə verəcək – Kapital Bank-ın KOS və korporativ bankçılıq sahəsinin lideri

Bir neçə gün əvvəl Kapital Bank hüquqi şəxs və fərdi
sahibkarlara Azərbaycanda ilk dəfə yeni Mobil POS xidmətini təqdim
etdi. Yeni layihə ölkədə nağdsız ödənişlərin artırılmasına,
həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına müsbət təsir
edəcək. Layihənin özəllikləri, üstünlükləri, tətbiqi barədə olan
məqamlara aydınlıq gətirmək üçün Kapital Bank-ın KOS və korporativ
bankçılıq sahəsinin lideri Heydər Süleymanovdan müsahibə
aldıq.

  • Heydər müəllim, yeni təqdim edilən Mobil POS xidmətinin
    əsas üstünlükləri nədən ibarətdir?
  • Kapital Bank tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət
    Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət
    vasitəsilə artıq sahibkarlar ənənəvi POS-terminal əvəzinə
    kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız
    ödəniş üsullarından ödənişləri smartfonları vasitəsilə qəbul edə
    biləcəklər. Əgər indiyədək nağdsız ödəniş qəbul etmək üçün
    POS-terminal cihazını əldə etmək və filiala gələrək digər
    bankdaxili prosedurları yerinə yetirmək lazım idisə, indi artıq tam
    onlayn formada müraciət edib, smartfonu POS-terminal cihazına
    çevirmək olar. “Visa Tap to phone” texnologiyası əsasında işləyən
    bu xidmət IBA Group beynəlxalq İT şirkəti tərəfindən hazırlanıb.
    Əminəm ki, Mobil POS xidməti nağdsız ödənişlərin inkişafına müsbət
    töhfə verəcək.
  • Yeni xidmət əsasən kimlər üçün nəzərdə tutulub və Mobil
    POS-a qoşulmaq üçün hər hansı bir xüsusi şərtlər
    varmı?
  • Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik
    sahibkarlar – bərbərlər, dərzilər, kuryerlər, taksi sürücüləri,
    ayaqqabı təmiri ilə məşğul olanlar, köşk sahibləri, qida sektorunda
    çalışanlar, kiçik ticarət, meyvə-tərəvəz satanlar və digər şəxslər
    bizim əsas hədəf kütləmizdir. Bu yeniliyi tətbiq etməklə əlavə
    POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasa ehtiyac
    yoxdur. İlkin mərhələdə xidmətdən yararlanmaq üçün Kapital Bank
    müştərisi olmaq mütləqdir. Xidmətə qoşulmaq üçün Kapital Bank
    filiallarına gəlmədən, Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn
    formada tam olaraq pulsuz qeydiyyatdan keçmək olar. Mobil POS
    vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və
    mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar. Bundan
    başqa Android əməliyyat sisteminə məxsus və NFC modulu dəstəkləyən
    smartfona sahib olmaq lazımdır.
  • Mobil POS-la ödəniş etdikdən sonra alıcılara qəbz
    təqdim edilirmi?
  • Təbii ki, qəbz təqdim edilir. Bunun üçün 3 üsul mövcuddur:
    müştəri mobil nömrəsini və ya elektron poçt ünvanını satıcıya
    təqdim etməklə, həmçinin ödəniş etdikdən sonra yaradılan xüsusi
    QR-ı skan etməklə elektron qəbzi telefonunun yaddaşında saxlaya
    bilir.
  • Bəs sahibkarlar bu xidmətə Müştəri Bank-dan necə qoşula
    bilərlər?
  • Xidmətə qoşulmaq üçün Müştəri Bank mobil tətbiqindən şirkətin
    və istifadəçilərin müvafiq məlumatlarını qeyd etdikdən sonra,
    sifariş ASAN İmza vasitəsilə səlahiyyətli şəxs tərəfindən
    imzalanmalıdır. Qoşulma tamamlandıqdan sonra bu haqda səlahiyyətli
    şəxsə e-mail və bildiriş göndərilir.

Qeyd edim ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz
şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili
köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə
açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına
mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və
sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız
köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət,
çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, QR
vasitəsilə nağdlaşma, Kliklə ödə xidməti, onlayn kredit məhsulları
sifarişi – overdraft, kredit, qarantiya, sürətli tender və s.
Müştəri Bank-a qoşulmaq üçün https://cb.kapitalbank.az/login
linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə
saxlamaq kifayətdir. Müştəri Bank sistemi vasitəsilə həyata
keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək
mümkündür.

Teqlər: