Narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb (FOTO)

Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü
saxlanılıb.

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti
qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101”
markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti
qaydalarını, ictimai-asayişi nümayişkəranə və kobud şəkildə pozaraq
vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib.
M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində
nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik
vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O,
RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik
vasitənin təsiri altında olması müəyyən olunub.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə
inzibati qaydada həbs edilib.

Teqlər: