Rusiya aviaşirkəti Azərbaycana yük daşımaları həyata keçirəcək

Rusiyanın “Volqa-Dnepr” yük aviaşirkəti 2022-ci ilin sonunadək
bir sıra ölkələrə, o cümlədən Azərbaycana yük daşımaları həyata
keçirəcək.

Trend-in
məlumatına görə, bunu Moskva meriyasının Nəqliyyat və yol-nəqliyyat
infrastrukturunun inkişafı departamentinin rəhbəri Maksim Liksutov
deyib.

Onun sözlərinə görə, Moskva 2022-ci ilin sonunadək “Volqa-Dnepr”
aviaşirkətini 130 milyon dollara yaxın məbləğdə sifarişlə təmin
edəcək.

Qeyd olunub ki, aviaşirkət Çin, Hindistan, Türkiyə, Azərbaycan
və bir sıra digər ölkələrə daşımalar həyata keçirəcək.

O bildirib ki, müaqvilə 2022-ci ilin sonunadək imzalanıb və
ehtiyat hissələrindən əczaçılıq sənayesi üçün komponentlərə, uşaq
mallarınadək 20 min tona yaxın yükü əhatə edir.

(Tərcümə: Orxan Nəbiyev)