Vətəndaşlar bu qurumların Çağrı Mərkəzlərindən razıdır

MTM (Media Təhlil Mərkəzi) dövlət və özəl qurumların Çağrı
Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu
keçirib.

Trend xəbər
verir ki, bir ay müddətində telefon vasitəsilə həyata keçirilən
sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla
danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin
həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Yuxarıdakı meyarlar nəzərə alınmaqla qurumların Çağrı
Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə
qiymətləndirilib.

Sorğuda ən yüksək balı Daxili İşlər, Fövqəladə Hallar, Əmək və
Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər,
Energetika, Xarici İşlər, İqtisadiyyat, Təhsil və digər
nazirliklər, eləcə də Baş Prokurorluq, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi alıb. Belə ki, bu
qurumların fəaliyyəti onballıq şkala üzrə 9-10 balla
qiymətləndirilib. Bildirilir ki, qurumlar zənglərə operativ cavab
verir və zərurət olduqda isə müraciətlər (problemlər) nəzarətə
götürülür.

Sorğuda dörd qurumun Çağrı Mərkəzinin fəaliyyətinə isə ən aşağı
bal (0-2) verilib. Bunlar Müdafiə Nazirliyi (Xətt daim məşğuldur və
çalışmır), Müdafiə Sənayesi Nazirliyi (Nazirliyin əlaqə nömrələri
işləmir), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC (ASC-yə
məxsus əlaqə nömrələri fəaliyyət göstərmir), Ombudsman (Çağrı
Mərkəzinin nömrəsi işləmir) və Mədəniyyət Nazirliyidir (Qaynar xətt
xidməti fəaliyyət göstərmir).

Teqlər: