Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə
Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi
Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə
edilib.

Komitədən AzerTimes-a verilən məlumata görə, hər iki təqdimata
müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
təqdimaları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə
edib.

Teqlər: