Rublla əməliyyatlar adi rejimdə həyata keçirilir – Beynəlxalq Bank

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan Beynəlxalq Bankı Rusiya rublu ilə əməliyyatları adi
rejimdə həyata keçirir.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Məlumata görə, rublla əməliyyatlar üzrə məhdudiyyət yoxdur:

“Müştərilər elan olunmuş məzənnə ilə əməliyyat apara bilərlər”,
– deyə bankdan bildiriblər.


Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla
əlaqədar rublun qiyməti kəskin ucuzlaşıb. Səhər saatlarında
birjalarda bir ABŞ dolları 117 rubl ətrafında alınıb-satılırdı.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: