Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək ixtisaslar açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının
prioritet istiqamətləri açıqlanıb.


Trend
xəbər verir ki, yüksəkrəqabətli insan kapitalına zərurət
iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Dövlət
Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə
üstünlük veriləcəkdir :

– informasiya texnologiyaları;

– mühəndislik;

– statistika və verilənlərin təhlili;

– fundamental və tətbiqi elmlər;

– ictimai səhiyyə;

– təhsil;

– ətraf mühit;


– aviasiya və kosmos;

– dövlət idarəetməsi;

– nəqliyyat və logistika;

– energetika;

– iqtisadiyyat;

– maliyyə;

– arxitektura və dizayn;

– kənd təsərrüfatı.

Teqlər: