Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet infrastrukturunun yaradılmasına investisiya qoyur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2022-ci ildən “Aztelekom” və “Baktelecom”la birgə Bakıda və regionlarda internet
infrastrukturunun yaradılmasına investisiya qoymağa başlayıb.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və
perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək Azərbaycanın bütün
ərazisi yüksəksürətli internetlə təmin ediləcək.

“Bu infrastrukturun yaradılmasına investisiyalar dövlət-özəl
tərəfdaşlığı çərçivəsində həm nazirliyimiz tərəfindən, həm də “Aztelekom” və “Baktelecom” vəsaitləri hesabına qoyulur”, – deyə
nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)