Bu bölgələrdə internetin qiyməti aşağı olacaq

2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə
təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu
bölgələrdə internet tarifləri aşağı olacaq.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və
perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan bazarında internet
xidmətləri göstərən 60-a yaxın şirkət var. Həmin provayderlər
əhalinin internetlə təmin olunması ilə yanaşı, həmçinin əlavə
mənfəət gətirən layihələrə də diqqət ayırırlar.

“Bildiyiniz kimi, 2024-cü ilin sonunadək bütün Azərbaycan
ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq
qabiliyyətinin aşağı olduğu bölgələrdə internet tarifləri aşağı
olacaq, itkilər isə “Aztelekom” və “Baktelecom”un vəsaitləri
hesabına qarşılanacaq. Şirkətlərin kapital balansına dəstək üçün
dövlət subsidiyaları nəzərdə tutulur”, – deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)