Rəfael Cəbrayılovun mənə 300 min manat borcu qalıb – Zərərçəkmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq
deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə məhkəməyə gəlməkdən yayınan zərərçəkmiş Təranə
Fətəliyeva bildirib ki, mərhum deputat Rafael Cəbrayılov ilə qohum
olduqları üçün ona borc verib:

“Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar.
Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat
borcu qalıb.”

Vəkilin suallarını cavablandıran zərərçəkmiş bildirib ki,
R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev
alıb.

Vəkillərin şahidə veriləsi əlavə suallarının olduğu üçün şahid
növbəti iclasda ifadəsini davam etdirəcək.

Proses mayın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V
çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir
neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R.Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın
30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat
edib.

Teqlər: