Dərman vasitələrinin qiymət tənzimlənməsi ilə bağlı dəyişiklikər olacaq

Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya
yaradılıb. Onun işi yekunlaşmaq üzrədir.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev
jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı
üçün müəyyən addımlar atılacaq.

“Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət
tənzimlənməsinə dair müəyyən dəyişiklikər olacaq”, – deyə nazir
əlavə edib.

Teqlər: