Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana
birgünlük səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin
dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində prezident R.T. Ərdoğan Türkiyə xaricində ilk
dəfə paytaxt Bakıda təşkil edilən aviasiya, kosmos və texnologiya
festivalı “TEKNOFEST Azərbaycan”ı ziyarət edəcək.

Teqlər: