Finlandiya tərəfdaşları ilə əlavə hərbi təlimlər keçirmək niyyətindədir

Finlandiyanın müdafiə naziri Antti Kaykkonen ilin sonuna qədər
tərəfdaş ölkələrlə əlavə təlimlər keçirməyi qərara alıb

Trend xəbər
verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, təlimin əsas məqsədi Finlandiyanın müdafiə
qabiliyyətini gücləndirməkdir. Respublika Müdafiə Qüvvələrinin
planında səkkiz əlavə təlim nəzərdə tutulub.

“ABŞ, Böyük Britaniya, İsveç, Fransa, Almaniya, Norveç, o
cümlədən NATO və Birləşmiş Ekspedisiya Qüvvələr qrupu ilə
əməkdaşlıq intensivləşdiriləcək. Təlimlərdə quru qoşunlar, HDQ və
HHQ, eləcə də xüsusi təyinatlılar iştirak edəcək”, – məlumatda
bildirilir.