Ramiz Mehdiyevin qohumu 30 sutka həbs olunub

Xəbər - Samir Əli – Trend:

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs
olunub.

AzerTimes-ın məlumatına görə,
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov
barəsində artıq məhkəmə qərarı var. Məlumata görə, Nərimanov rayon
Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin
əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı
olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna
edilmir.

Teqlər: