Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının dördüncü günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-də Bakıda imsak saat
04:51-da, iftar isə saat 19:23-dədir.

Ramazan ayının 4-cü gününün duası:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi
həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə
vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin
şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni
ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və
qoru, ey görənlərin ən bəsirətlisi!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: