Ərdoğan və Tokayev Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş
tutub.

Trend Türkiyə
Prezident Administrasiyasının Əlaqələr İdarəsinə istinadən xəbər
verir ki, tərəflər Ukraynadakı vəziyyət də daxil olmaqla, regional
problemləri müzakirə edib. Liderlər Türkiyə-Qazaxıstan əlaqələrinin
gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə də fikir
mübadiləsi aparıblar.

Türkiyə prezidenti qeyd edib ki, Ukraynada müşahidə olunan
vəziyyət Xəzər dənizindən Şərq-Qərb marşrutu üzrə keçən “Mərkəzi
Dəhliz”in inkişafının vacibliyini bir daha göstərdi.

İki ölkə liderləri Ramazan ayı münasibətilə də bir-birlərini
təbrik ediblər.

Teqlər: